Kişi Xərçəng ilə Qadın Şir ailə qursa... - Məhəbbət falı
Kişi Xərçəng ilə Qadın Şir ailə qursa nə baş verər?
Qlobal.net bildirir ki,
Şir bürcü altında doğulmuş qadın Xərçəngi özünə cəlb etsə də, onların nikahı çox da uğurlu deyil. Ər özünün müəmmalı xasiyyəti, hipnoz-etmə qabiliyyəti, hiyləgərliyi ilə "heyvanlar şahı"nın əl-qolunu bağlayacaq. Bir-birinə çətin uyğunlaşsalar da, qadın-Şir öz vəziyyətini tezliklə başa düşəcək. O, bütün zəncirləri qıraraq sərbəstliyə, cəmiyyətə, dəb-dəbəli həyata doğru can atacaq. Ər isə bütün vasitələrlə onu əldə saxlamağa çalışacaq. Qarşılıqlı təhqirlər və incikliklər başlanacaq. Xərçəngin yeganə çıxış yolu ya məhəbbətindən arvadından əl çəkmək, ya da qarşılıqlı təsir dairəsini bacı və qardaş arasında olduğu kimi bölüşdürməkdir.
Fidan
Qlobal.net