6478274695c65202306230614
Kişi uşağını, arvadını və qayınanasını öldürmək üçün evini partlatdı

Rusiyada kişi uşağı, arvadı və qayınanasını öldürmək üçün evini partladıb.

Qlobal.net oxu.az-a istinadən xəbər verir ki, qorxunc hadisə Soçi şəhərində baş verib.

Məlumata görə, hadisə vaxtı içkili kişi altı aylıq qızını da götürərək evinin ikinci mərtəbəsinə çıxıb və binanı partlatmaqla hədələyib. Ana və nənə uşağı kişinin əlindən alıb təhlükəsiz yerə qaça biliblər. Qonşular kişini sakitləşdirməyə çalışsalar da, o, qazı açıb və evi partladıb.

Uşaq, anası və nənəsi xəsarət almayıblar. Partlayışı törədən şəxs isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra qadın həyat yoldaşından polisə şikayət ərizəsi verib.

01.06.2023 09:04
show 232