Qlobal.net xəbər verir ki, verilişin aparıcısı Zümrüd Bədəlova Vüsal Əliyevə "Bu
gün Şəbnəm Tovuzlu niyə sizinlə efirə gəlmək istəmədi" sualını
ünvanlayıb.
O
isə cavabında bundan xəbərsiz olduğunu deyib: "Verilişin anonsunu
görməmişdim, amma verilişə dəvət alanda elə bir hal olmayıb ki,
qonaqları soruşum, "mən gəlmirəm, yaxud da filan müğənni daha yaxşı
olar" demirəm. Özüm də sənətdə sıfırdan başlamışam, heç kim ay və ulduz
deyil. Hamının sənətdə yeni vaxtları olur. Ona görə əlimizdən gələn
qədər dəstək olmaq lazımdır. Necə ola bilər ki, deyim filankəslə efirə
çıxmıram. Əgər Şəbnəm xanım mənə görə gəlməyibsə, çox təəssüf olsun.
İnanmıram və qəbul edə bilmirəm. Düzdür, onunla başqa kanalda da bu
məsələ yaşanmışdı. On gün əvvəl toy mərasimlərinin birinə dəvət
etmişdim. Bir həftə əvvəl öz restoranımda konsertini təşkil etmişdim,
hətta üçüncü dəfə idi. Gözəl də konsert oldu.
Əvvəl
onunla öz nömrəsi ilə mesajlaşırdıq, son vaxtlar mənimlə köməkçisi
yazışır. Bunun səbəbini bilmirəm. Amma həqiqətən bunu qəbul edə
bilmirəm. Ona səs göndərirlər ki, Vüsal Əliyev verilişdə qonaq olacaq.
Ona reaksiya vermir və başqa müğənni siyahısı göndərir ki, o olsa daha
yaxşı olar. Buradan Şəbnəm xanıma xatırlatmaq istəyirəm ki, hamımız
cavanıq, yaddaşımız yerindədir. 15 il əvvəl, 2007-ci ili xatırlasın.
Studiyama gəlmişdi və mənə zəng etdilər ki, bir xanım sizi görmək
istəyir. Şəbnəm xanımla görüşdük, bizim ofisə gəldi. Mənə dedi ki, kaset
çıxarmaq istəyir. Kaset üçün bir məbləğ dedim. Balaca bir avtomobili
var idi, mənə cavab verdi ki, gərək bunun üçün maşınını
satsın. Dedim ki, ona ehtiyac yoxdur. Hətta həmin günü bir tədbirim var
idi, birlikdə getdik və oradan əldə etdiyim qonorarı da ona verdim.
Şəbnəm xanıma dedim ki, avtomobili satmağa ehtiyac yoxdur. Bəstəkar
Aydın Əliyevdən öz pulu ilə münasib qiymətə mahnılar aldı, o zaman
komanda şəklində işləyirdik. Şəbnəm "Sevənlər ölməz" mahnısı ilə
tanındı. Onu demək istəyirəm ki, 15 il əvvəl tanınmağın üçün məni
axtardın, şükür olsun, tanındın. Bu gün mənimlə bir yerdə görünməyi
özünə sığışdırmırsan, çox səhv fikirdəsən. Hər müğənni mənimlə yanbayan
oturmaq üçün fəxr edə bilər. İnsani keyfiyyətlər müğənniliklə ölçülmür.
Mənə çox pis təsir etdi. Vaxtilə onun uğur qazanması üçün necə
səmimiyyət göstərmişəm, bu gün belə yanaşmasını qəbul etmək mümkün
deyil. Dediyim kimi son vaxtlarda şənlik və konsertlərə köməkçisi
mənimlə əlaqə saxlayır. Köməkçisi yaxın günlərdə Yeni ildə müğənni
Ülviyyə Namazovanın konsertdə yer almasını istədi. Mən də dedim ki,
hətta həftənin beşinci günü onun konsertini təşkil edə bilərik. Mənə
cavab verdi ki, beh göndər. Dedim ki, sözüm beh deyil, o isə problem
olmadığını dedi. Konsertə iki gün qalmış səs atdı ki, Ülviyyə Namazova
Bahar xəstələndiyi üçün onun toylarına gedir, konsertə gələ bilməyəcək.
Dedim ki, Ülviyyəni bizim restoranda soruşan olmayıb. Amma insanlıq halı
deyil. Bəlkə getdiyiniz yerdə atıq pul alacaqsınız, amma münasibəti
itirmək olmaz".
Zümrüd
Bədəlova isə Şəbnəm Tovuzlunun gəlməməsinə belə reaksiya göstərib:
"Mənə pis təsir etdi. Şəbnəm xanımla çox gözəl münasibətimiz var, heç
vaxt verilişlərimdən imtina etməyib. Hər halda mənimlə prodüseri
danışmayacaq, çünki özümüz əlaqə saxlayırıq. Bir kəlimə yaza bilərdin
ki, o qonaqla çıxmaq istəmir. Ən azından yazmalı idi. Əslində, onu
deməyə haqqınız yoxdur. Amma biz bunu edərdik, münasibətimiz var. Heç
ağlıma gəlməzdi ki, Şəbnəm Vüsal Əliyevlə verilişə çıxmaq istəməsin".