64ba0dd6bebff202307234718
Kişi hansı halda anadan aliment tələb edə bilər? - CAVAB

Lent.az-ın "Bir sual bir cavab" rubrikasında növbəti mövzusu kişinin qadından aliment tələb etməsi ilə bağlıdır.

Hazırda bir çox dünya ölkələrində müəyyən şərtlər daxilində qadınlar da aliment ödəyir. Maraqlıdır, görəsən, Azərbaycanda da qadınlar hər hansı  halda aliment ödəyir?

Hüquqşünas Şamil Paşayev açıqlamasında bildirib ki, uşağa aliment vermək onun saxlanması üçün verilən ödənişdir.

Onun sözlərinə görə, bu da bir uşağa əmək haqqının dörddə biri, iki uşağa üçdə biri, üç uşağa isə yarısı kimi nəzərdə tutulan vəsaitdir: "Əgər, məhkəmə uşağın ata ilə qalmasına qərar veribsə, bu zaman alimenti ana ödəyir. Azərbaycan qanunvericiliyində aliment verənin ata və ya ana olmasının fərqi yoxdur. Uşaq kimin yanında qalırsa, digər valideyn də onun rahat yaşaması üçün alimeti ödəməlidir".

21.07.2023 09:31
show 387