Qazet.az xəbər verir ki, hələ eramızdan çox-çox əvvəllər müasir Anqola ərazisində bantu adlı etnik qrup yaşayıb. Bantu dövrünə görə kifayət qədər inkişaf etmiş xalq idi. Onlar gildən qab-qacaq hazırlayır, metal əldə edir, hətta torpaq becərirdilər. Bu gün Anqolanın əsrlər boyu sivilizasiyanın tozu da toxunmayan ərazilərində həyat yerində donub. Anqolanın səhralarında bantunun müxtəlif növləri yaşayır. Hər bir qəbilənin də öz qandonduran adətləri var.
Mukubal
Ölkənin bu yabanı qəbiləsi əsasən mal-qara saxlayırlar. Amma özləri toyuq, yumurta, qarğıdalı ilə qidalanırlar. Təkcə balıq yemək qadağandır. Çünki əsrlər öncə balığın bu qəbilənin əcdadlarını ölümdən qurtardığı haqda əfsanə var. Mukuballılarda ilk övlad doğulana qədər başqa şəxslərin yanında ər arvadla danışmır. Kişi evlənmək istəyəndə,gələcək arvadının əvəzinə qızın ailəsinə mal-qara verir. Qız nə qədər cavandırsa, heyvanların sayı da ona görə artır.
Himba
Himbaların çoxu Namibiyada yaşasalar da Anqolada da az məskunlaşmayıblar. Himbalar əsasən ağaclardan hördükləri komalarda yaşayırlar. Komaların üzərinə isə nəcis sürtürlər. Himbalar bəzək əşyalarını çox sevirlər. Hətta körpələrin boynuna mirvari boyunbağı taxırlar. Böyüklərsə adətən qollarını, boyunlarını balqqulaqlarına qərq edirlər.
Mvila
Mvilalı qızlar ərə gedənə qədər boğazlarına dəmir qandal geyinirlər. Ərə gedəndən sonra isə həmin qandallardan təmtəraqlı şəkildə azad olub ağır boyunbağılar taxmağa başlayırlar.
Mvila qadınlarının gözəllik sirləri bununla da bitmir. Onlar saçlarına müxtəlif heyvani yağlardan və nəcisdən məcun çəkirlər. Məcunun üzərini isə muncuq, balıqqulağı və s. bəzək hesab etdikləri əşyalarla doldururlar.
Dünya sivilizasiyasından elə dünya qədər uzaq olan bu
qəbilələrin də ən maraqlı personajları xanımlardır. Demək ki,
əsrlər, qərinələr dəyişsə də, zaman donub yerində qalsa, dünya
qadınların üzərində dönür. (publika.az)