Kişi Əkizlər və Qadın Buğa ailə qursa, nə olar? - Məhəbbət falı
Kişi Əkizlər və Qadın Buğa ailə qursa, nə olar?
Qlobal.net bildirir ki, yüksək idrak səviyyəsinə baxmayaraq, ər müəmmalı, sirli qadınını axıradək dərk edə bilməyəcək. Qadın isə ərinin müxtəlif adamlarla əlaqəyə girmək bacarığını, işgüzarlığını, hərtərəfli məlumata malik olmasını yüksək qiymətləndirəcək. Lakin kişi-Əkizlər qadında ən yaxşı cəhətlər saydığı sədaqət, ciddiyyət və evdarlıq kimi xüsusiyyətləri öz arvadında tapa bilməyəcək. Bu izdivacın əsas düşməni qadının qısqanclığı olacaqdır. Kişi-Əkizlərdəki etibarsızlıq onu təbdən çıxarıb qəzəbləndirəcək.
Bir sözlə, onlar hətta həyatlarının ilkin mərhələsində ayrılmasalar da, astroloqlar belə izdivacı məsləhət görmürlər. Bu ər və arvadın hərəsi öz aləmində, qarşılıqlı anlaşma olmadan yaşayacaqlar
Fidan
Qlobal.net