Kişi Buğa - Qadın Tərəzi evlənsə, nə baş verər? - Məhəbbət falı
Kişi Buğa -Qadın Tərəzi evlənsə, nə baş verər?
Bu nikahı Zöhrə ulduzu idarə edir. İlk baxışda bunları maraq dairələrinin yaxınlığı birləşdirməlidir. Lakin qadın ideal ər axtarışının uğursuzluqla nəticələndiyini daha aydın başa düşdükcə ilkin qarşılıqlı yaxınlıq anlaşılmazlıq və əsəbiliklə əvəz olunacaqdır. Ər də öz növbəsində qadını anlaya bilməyəcək. Bu, ərköyün və xudbin Tərəzinin şıltaqlığına səbəb olacaq. Bütün bunların müqabilində ər də əsəbiləşəcək, qəzəblənəcəkdir. Əri qadının dayaz düşüncəsi, hərəkətləri, təşəx-xüsü özündən çıxaracaq. Qarşılıqlı incikliklər və danlaqlar tədricən artacaq. Bu ər-arvad yalnız cəmiyyətdə tutduqları mövqeyə və eyni sahədəki işləri xatirinə birgə yaşaya bilərlər.
Fidan
Qlobal.net