Kişi-Buğa ilə Qadın-Xərçəng ailə qura bilərmi? - Məhəbbət falı
Kişi-Buğa ilə Qadın-Xərçəng ailə qura bilərmi?
Kişini-Buğanı əsasən qadın Xərçəngin sədaqəti cəlb edir. Bununla belə, Xərçəngin öz vəzifə borcunu gözəl başa düşməsindən irəli gələn şıltaqlıqları Buğanın xoşuna gəlməyəcək. Lakin bunlar hamısı kiçik məsələlərdir Hər ikisində ümumi cəhətlər olduğuna görə, onların izdivacı ahəngdar ola bilər. Məsələn, hər ikisi evini sevir, yaxşı valideyndir.
Əgər onlardan birinin xəyanət etməyə cəsarəti çatarsa, çox tezliklə belə nəticəyə gələcək ki, öz evindən yaxşısı yoxdur. Onlar hər şeyi bir-birinə bağışlayacaq, bir-birinin qayğısına qalacaqlar. Qadının dəyişkən təbiətinə bələd olan ər onu gözündən uzağa qoymamağa çalışacaq. Qadın isə öz növbəsində qısqanc və tündməcaz Buğanı bacarıqla sakitləşdirəcək. Qadın Buğanın evdə yaratdığı rahatlıqdan və səliqədən, onun iş üsulundan memnun olacaqdır. Ər isə arvadına həmişəki kimi gözəl və gənc olduğunu dönə-dönə təkrar etməlidir.
Fidan
Qlobal.net