Kişi Buğa ilə Qadın Qoç ailə qura bilər? - Məhəbbət falı
Buğa bürcü altında doğulmuş kişilər, adətən, ürəyiaçıq, yola gedən və yumşaq xasiyyətləri ilə fərqlənir.
Qlobal.net bildirir ki, buğalar emosional təbiətə və ziddiyyətli xasiyyətə malikdirlər.
Bəs kişi Buğa ilə Qadın Qoç ailə qursa nə baş verər? Güclü iradəyə və amiranə təbiətə malik qadın emosional ərlə yola gedə bilməz. Bu, iki başlanğıc güclü və ayıq dünyəvi və yenə də güclü, qətiyyətli od başlanğıcı arasında mübarizədir. Özünü şişirtməyə meyl və qeyri-iradilik şıltaq və tərs xasiyyətli əri həmişə əsəbiləşdirəcək. Qoçu da ərinin uşaq şıltaqlığı və tərsliyi üzündən baş verən küsüşmələr bezdirəcək. Siyasətçilik qabiliyyəti olmayan qadın-Qoç ədaləti haradasa kənarda axtaracaq və bu, nəhayət ailənin dağılmasına gətirib çıxaracaqdır. Lakin onları ümumi yaradıcılıq və ya işgüzar əlaqələr bağlayırsa, nikah uzunmüddətli ola bilər. İşdə onlar ümumi dil tapacaq-lar. Belə ki, Qoç təkan verəcək, Buğa isə ipə-sapa yatmaz Qoçun fikirlərini həyata keçirəcək.
Fidan
Qlobal.net