Kişi Buğa və Qadın Buğa ailə qursa nə olar? - Məhəbbət falı
Buğanı əsəbiləşdirmək çətindir, onun daxilindəki ziddiyyəti üzə çıxarmaq isa daha müşkül işdir. Lakin onu qıcıqlandırdıqda əsl qızmış Buğaya dönür, qarşısına çıxan hər şeyi məhv etməyə qadirdir.
Qlobal.net bildirir ki, bununla belə, Buğa qadın gözəlliyini, incəsənəti və musiqini çox sevir. Bu bürcə məxsus adamlar ehtiraslı məşuqdurlar .
Bəs Kişi Buğa ilə Qadın Buğa ailə qursa nə baş verər?
Bu nikaha çox nadir hallarda təsadüf edilir. Belə ki, hər iki tərəf aralarında olan ümumi cəhətləri tez görə bilmir və digər bürclərə nisbətən onların yaxınlaşması daha gec baş verir. Əsasən belə nikahlar məhəbbətdən daha çox müəyyən məqsədlə bağlanır. Sonralar hər iki tərəfin həyatdakı dəyişikliklərdən çəkinib qorxması, rahatlığa meyli, evə və uşaqlara bağlılığı bu nikahı möhkəmləndirir. Lakin ər və arvad öz inadlarının mənasız olduğunu başa düşsələr də, qocalanadək bir-biri ilə mübarizə aparacaqlar.
Fidan
Qlobal.net