Cəmiyyət
Kişi arvadını vəhşicəsinə DÖYDÜ: Səbəbi sizi ŞOK EDƏCƏK

Abşeronda ər arvadını döyüb.
Qlobal.net xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.
42 yaşlı Əmiraslan Şiriyev (ad və soyad şərtidir) yaşadıqları evdə arvadını yumruq və təpik zərbələri ilə vuraraq, xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsilə cinayət işi açılıb.
Zərərçəkən qadın ifadəsində əri ilə barışdığını və qərar verilərkən bunun nəzərə alınmasını xahiş edib.
Abşeron rayon Məhkəməsinin qərarı ilə Əmiraslan Şiriyev barəsində 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.



