Kirayədə yaşayanlara ŞAD XƏBƏR – Bakının bu ərazisində…

Kirayədə yaşayanlara ŞAD XƏBƏR – Bakının bu ərazisində…

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində 2,31 ha torpaq sahəsində 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinə başlayır.

Qlobal.net iqtisadiyyat.az-a istinadən xəbər verir ki, Agentlik bununla bağlı hazırlıqları başa çatdırıb.

Qurum sözügedən işlərin icrasını “Amal Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, 5 çoxmənzilli yaşayış binasının və mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri 27.285.107,02 manata başa gələcək.

Xatırladaq ki, sözügedən ərazidə yaşayış kompleksinin tikintisi layihəsinin hazırlanmasına ötən il başlanılmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button