Kirayəçilərdən sonra mənzilə daxil olan ev sahibi həyatının şokunu yaşadı
Belə ki, ev sahibi evini təmizləmək və əşyaları çıxarmaq üçün evə daxil olub.
Evdən gələn pis qoxunun səbəbini araşdıran ev sahibi çarpayının bazasında yorğana bükülmüş qadın cəsədi tapıb.
Həyatının şokunu yaşayan qadın dərhal polisə müraciət edib.Hadisə yerinə polis və tibb işçiləri sövq edilib. Qətlin təxminən iki həftə əvvəl törədildiyi bildirilib.
Məlumata görə, evdə əcnəbi əsilli ər-arvad və oğulları yaşayıb və onların 10 gün əvvəl evi tərk etdiyi iddia edilib.
Polis evi tərk edən əcnəbi vətəndaş və oğlunun axtarışına başlayıb. (Medianews.az)