Maraqlı

Kimsəsiz şəhid Muradın son məktubu hər kəsi ağlatdı: “Məni zibil qabına atıb gedən anam…”

Doğulduğu gün ailəsi tərəfindən bir zibilxanaya atılaraq tərk edilən Murad Akman uşaq evində böyüyüb.

Qlobal.net bildirir ki, o, nə qədər istəməsə də, 18 yaşı tamam olduqda evi bildiyi həmin uşaq evindən ayrılmaq məcburiyyətində qalıb.

Lakin oradakı müəllimi ilə əlaqəsini heç vaxt kəsməyib və orada qalan uşaqlara kömək etmək üçün əlindən gələni edib. Hərbi xidmətini komando olaraq yerinə yetirərkən dövlətin ona verdiyi maaşı uşaqların ehtiyacları üçün həmin uşaq evinə göndərməyə başlayıb.

Hər əməliyyata çıxmazdan əvvəl, həyati təhlükə səbəbindən bu əməliyyatın sonuncusu ola biləcəyini düşünərək, dostuna çatdırılmaq üçün bir əsgər yoldaşına “son məktub” adlandırdığı bir məktub əmanət edib.

Murad Akman geri dönmədiyi bir əməliyyatdan sonra, məktubu əmanət etdiyi əsgər yoldaşı onu göstərilən ünvandakı dostuna çatdırıb. Dostu isə Muradın vəsiyyətinə əsasən məktubu müəyyən məbləğ qarşılığında bir media qurumuna təhvil verib. Muradın arzusu ilə həmin məbləğ uşaq evinə bağışlanıb və məktub qəzetdə dərc olunub.

Qəzetdə yayımlanan şəhid əsgər Murad Akmanın məktubu belə idi.

“Bu yazı bir komando əsgərin məktubudur. Əgər siz bu məktubu qəzetdə oxuyursunuzsa, deməli, mən artıq həyatda deyiləm.
Bir ailəm olsaydı, bu məktubu onlara göndərmək istərdim… amma yoxdur.
Hazırda kazarmadakı çarpayımda yazıram sizə. Ətrafımda Adanadan, Ağrıdan, Sivasdan, Edirnədən, Diyarbəkirdən, Ankaradan, Antalyadan, İzmir, Urfa, Trabzondan gəlmiş, bir-birini tanımayan, amma bir-birinin canını qorumağa and içmiş əsgərlər var.
Bir azdan əməliyyata çıxacağıq. Tək arzumuz itkisiz geri dönməkdir.
İnsanın “ölərəm” deyə məktub yazması çox çətindir. Ölümü ağlına gətirmək istəməz adam. Amma içində bir ümid olur həmişə.
Xidmətim bitəndə bu məktubu cırıb atacaqdım, amma indi oxuyursunuzsa, deməli, onu cıra bilməmişəm. Onsuz da əlim yazıya yox, silaha daha alışıb.
Siz öyrətdiniz mənə silah tutmağı, sizi qorumaq üçün. Qəribə olan budur ki, siz bu məktubu oxuyarkən, mən niyə öldüyümü belə bilməyəcəyəm.
Bəlkə mina partladı, bəlkə bir neçə güllə dəyib öldüm. Bəs biləniniz varmı, mən necə öldüm? Hər dəfə televizora baxanda gördüm: siz bir-birinizi öldürürsünüz.
Musiqinin səsini çox verdi deyə, qonşusunu vuranlar, gücü yalnız qadına çatanlar, cibindəki on manata görə adam öldürənlər, qızına baxdı deyə bıçaq çıxaranlar…
Bəs biləniniz varmı, mən kimi qorumaq üçün öldüm? Əti az bişdi deyə ofisianta qışqıran adam, sən rahat yat deyə mənim başımın üstündən güllələr keçirdi. Məni zibil qabına atıb gedən anam…
Söylə, mən kim üçün öldüm? Yetimxanada və orduda öyrəndim ki, paylaşmaq dünyanın ən gözəl şeyidir.
Bəs sizə nəyi bölüşməyi öyrətdilər?
Sizi əvvəl Allaha, sonra bir-birinizə əmanət edirəm.
Mən sizdən razı oldum, Allah da sizdən razı olsun”.

Murad Akman, 1996

Qeyd edək ki, Murad Akman 14 iyun 2004-cü ildə terrorçularla toqquşmada şəhid olub.

Murad
Qlobal.net

Related Articles

Bir cavab yazın

Back to top button