64705947cde4a202305230127
Kılıçdaroğlunun bu müsahibəsi rekord qırdı - 7 milyon izlənmə (VİDEO)
Türkiyədə prezidentliyə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olub.
Onun müsahibəsi izlənilmə rekordu qırıb. Onun son müsahibəsi iki gündə 6.8 milyon izlənmə alıb.
Qeyd edək ki, veriliş yayımlandıqdan sonra ilk 1 saat ərzində 4 milyondan çox istifadəçi baxıb.
Həmçinin, Kılıçdaroğlu veriliş zamanı Azərbaycanla bağlı sualı da cavablandırıb. (bakupost.az)


26.05.2023 11:00
1078