Milli.Az bildirir ki, İstanbulda bir iftar proqramından sonra çəkilən fotoda Kılıcdaroğlu ayaqqabılıdır, özü də səccadənin üzərində durub. Onun yanında isə CHP-nin İstanbul şöbəsinin sədri Canan Kaftançıoğlu və partiyanın digər mənsubları var.
Foto sosial şəbəkədə yayılandan sonra CHP sədri böyük qınaqla və tənqidlə üzləşib.
CHP olayla bağlı açıqlama yayıb: "Çəkiliş zamanı insanlar çoxdu və sədrlə foto çəkdirmək istəyənlərin təlaşı səbəbindən yerdəki səccadəni görmədik"
Kılıcdaroğlu da Twitter akkauntunda üzrxahlıq edib: "Səccadəni görmədiyim üçün çox üzgünəm. Dünyada kimsəni incitmək istəməm. Hələ millətimi - əsla".
Fəqət, CHP sədrinin üzrxahlığı qeyri-səmimi bəyanat kimi qəbul edilib.