Maraqlı

Kəşfi ilə yüz minlərlə qadının həyatını xilas edən həkim – Onu niyə döyərək öldürdülər?

XIX əsrin sonu və XX əsrin əvvəli tibbin inkişaf etdiyi, lakin hələ də çox ölümcül infeksiyaların insanların həyatını təhdid etdiyi dövr idi.

Bu dövrdə antiseptika anlayışı, yəni xəstəxana mühitində mikrobların yayılmasının qarşısını almaq hələ geniş qəbul olunmamışdı. Onun kəşfi isə yüzlərlə qadının həyatını xilas edəcəkdi. Bu böyük alim isə İqnats Zemmelveys idi.

İqnats Zemmelveys 1818-ci ildə Macarıstanın Pest şəhərində dünyaya gəlib. O, ginekologiya və obstetrika sahəsində çalışaraq qadın doğumlarında yaranan infeksiyaların səbəblərini araşdırırdı. 1840-cı illərdə xəstəxanalarda doğum edən qadınların çoxu “xoşbəxt son” əvəzinə, doğumdan sonra yaranan infeksiyalar – “ana ölümü” ilə üzləşirdi. Bu ölüm hallarının səbəbini anlamaq üçün Zemmelveys dərindən araşdırmalar aparmağa başladı.

O, praktik müşahidələr nəticəsində müəyyən etdi ki, doğuşu həyata keçirən həkimlər və tələbələr autopsiya etdikdən sonra əllərini steril etmədən doğuş prosesinə keçdikdə xəstəliklər yayıldır. Bu müşahidələrdən sonra Zemmelveys antiseptik metodlar tətbiq etməyə qərar verdi: həkimlər əllərini kalsium xlorid məhlulu ilə yumağa başlayanda ana ölümü əhəmiyyətli dərəcədə azaldı.

Lakin onun kəşfi həmkarları tərəfindən qəbul edilmədi. Həkim həmkarları onun metodlarını qısnamaya, tənqid etməyə və hətta gülməyə başladılar. Onlar onun iddialarını “histeriya” və “əsassız qorxu” kimi qiymətləndirdilər. Zemmelveysin həyatının son dövrlərində isə bu tənqidlər, onun psixikasını sarsıtdı və o, ruhi-əsəb dispanserində müalicə almağa məcbur oldu. Təəssüf ki, 1865-ci ildə orada döyülərək vəfat etdi.

Zemmelveys özünü nədə günahlandırırdı?
Alimin daxili iztirabları onun özünü günahlandırmasına səbəb oldu. O, xəstə qadınların ölümünü öz əməyinə və tibb sistemində qəbul edilməyən metodlarına bağlayırdı. Hətta antiseptikanın faydalarını görsə də, həmkarlarının rədd cavabları və xəstələrin ölüm halları onu sarsıdırdı. Zemmelveys bu ölüm hallarını şəxsən öz günahı kimi qəbul etmişdi, halbuki əsl günah dövrün tibb sisteminin inadkarlığı və yenilikləri qəbul etməməsi idi.

İqnats Zemmelveys kəşfi nəticəsində bugün yüz minlərlə qadın həyatı xilas edilib. Onun adı tarixdə antiseptikanın banisi kimi qalır və tibb sahəsində fədakarlıq və iradənin simvolu olaraq anılır.

Bunu da OXU: “20-ci əsrin ən yaraşıqlı oğlanı”nın faciəli həyatı…
Bu da MARAQLIDIR:  Tarixin ən sirli və üstü açılmayan faciəsi – SSRİ bu hadisəni niyə gizlədirdi?

Tofiq Əli 
Qlobal.net

Related Articles

Leave a Reply

Back to top button