kərim

Kərimin ölkədən çıxışına qadağa qoyuldu

Müğənni Kərim Abbasovun ölkədən çıxışına qadağa qoyulub. 

Qlobal.net xəbər verir ki, bu barədə müğənni özü qatıldığı proqramda məlumat verib.

O bildirib ki, bir müddət əvvəl toyda baş verən davaya görə, ölkədən çıxa bilmir və qarşı tərəf gedib xəstəxanadan saxta kağızlar alır.

"Hadisə ucbatından iki xarici səfərim alınmadı. Birini hava limanında bildim ki, "stop"um var. Digəri isə həmin hadisənin səhəri uçmalı idim, alınmadı. İstintaq gedir. İçkili insanların təhqiri və bu azmış kimi əllərinə dəmir götürüb üstümə hücum çəkmələri nə dərəcədə düzgündür bilmirəm. Polisə güvənirəm. İnanıram ki, ciddi araşdırılacaq” - deyə o bildirib.

02.12.2024 17:13
show 88