666bb440ddc33202406240848

Kərim efirdə Tünzalə və Niyamla bağlı elə sözlər dedi ki, mikrofonunu bağladılar

“Küsülü olduğum həmkarlarımla bir verilişdə qalmaram”.

Qlobal.net axşam.az-a xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Rəngarəng səhər” verilişində deyib.

İfaçı qalmaqal yaşadığı Xalq artisti Tünzalə Ağayeva və Niyam Salamidən danışıb.

“Heç vaxt... Nə Niyam, nə də Tünzalə ilə verilişə çıxaram. Onlar mənim apardığım toya gələ bilərlər. Amma bir verilişi bölüşə bilmərəm. Ona görə ki..." deyən ifaçının mikrofonunu bağlayıblar. 

Kərim və Niyam dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndiriblər.

14.06.2024 07:08
show 1467