65268e3175cd4202310235945
İsraildə həlak olan azərbaycanlı zabit bu məşhurun nəvəsi imiş - FOTO

İsraildə dünyasını dəyişən zabit Emin Axundov Sumqayıtda tanınmış şəxsin nəvəsi imiş.

News24.az xəbər verir ki, mərhumun atası Rəhim və anası Qalina Axundovlar uzun illər meteoroloji stansiyada rəhbər vəzifələrdə çalışıblar. Babası Kərim Axundov isə Sumqayıtın qurucularındandır. O, həm də Sumqayıtın fəxri vətəndaşı olub. Yaşadığı binada barelyefi quraşdırılıb.

Emin və bacısı isə 14 yaşlarında olarkən İsrailə təhsil dalınca gediblər. Orada hərbi xidmət keçib, çalışıblar.

Xatırladaq ki, İsrail ordusunun zabiti, Sumqayıtdan olan 36 yaşlı Emin Axundov Beer şəhərində gedən döyüşlərdə həyatını itirib. Evli idi, iki övladı qalıb. Dəfn mərasimi Beer Şeva hərbi qəbiristanlığında baş tutub.


11.10.2023 15:57
show 503