13.01.2022
01:16
111

Kənddə yaşayanlara şad xəbər - Bu üsulla əlavə pul qazana bilərsiniz

Loading...

Turizm bölgəsində yaşayan kənd sakinləri bu sahədən gəlir əldə edə biləcəklər.


"Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı" layihəsi üzrə turizm potensialı yüksək olan Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında 2022-ci ildə kənd turizmi sahəsində yeni sahibkarlıq subyektləri təsis olunacaq.


Turizm eksperti Ruslan Quliyev deyir ki, vətəndaşlar mənzillərinin bir hissəsini qonaq evinə çevirməklə əlverişli qiymətlərlə turistləri kəndlərə cəlb edə biləcəklər.


Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində qeyd olunan rayonlarda daha 50 sahibkarlıq subyektinin təsis olunması planlaşdırılır. Bu məqsədlə layihəyə müraciət edən uyğun namizədlərin seçimi aparıldıqdan sonra vətəndaşlar turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün peşəkar təlimlərə cəlb olunacaq, turizm obyekti kimi istifadə olunacaq ərazidə təmir işləri aparılacaq və lazımi avadanlıqlarla təchiz ediləcəkdir.


Qeyd edək ki, adı çəkilən rayonlarda kənd turizmi ilə məşğul olmaq istəyən vətəndaşlar yanvarın 28-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin elektron ünvanına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Layihə çərçivəsində indiyədək İsmayıllıda 15 kənd qonaq evi yaradılıb.


Sonxeber.az


Loading...