647611a612f38202305230926
Kənan MM nazirliyə müraciət etdi - "Böyrəyimi satıram"

Kinorejissor, aktyor Kənan Mahmudov (MM) Mədəniyyət Nazirliyinə müraciət edib.

Qlobal.net xəbər verir ki, o, feysbuk hesabında nazirliyə müraciətində qeyd edib:

"Hörmətli, mədəniyyət naziri, böyrəyimi satıram. Film çəkəcəm. Qarabağın azadlığı haqqında. Sizdən pul istəmirəm. Sadəcə orda birdən tanıdıqlarınızdan kiməsə böyrək lazım olar. Bu arada içmirəm, çəkmirəm, mal təmiz maldır”,- deyə o bildirib.

Aktyorun bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən də maraqla qarşılanıb.                              

30.05.2023 19:08
show 349