Kəmalə Günəşli evlilikdən danışdı

Kəmalə Günəşli evlilikdən danışdı: Sevdiyim şəxs var, o, da məni sevir

Müğənni Kəmalə Günəşli "ATV"də yayımlanan "Rəngarəng" verilişində verdiyi açıqlamaları ilə növbəti dəfə gündəmə gəlib.

Qlobal.net xəbər verir ki, o, evliliklə bağlı suallara belə cavab verib.

"Tək deyiləm. Tək niyə oluram ki? Həyatımda adam var, amma evlənmirik. Ailə qurmağı düşünmürəm. Mənim ərə gedən vaxtım deyil axı. Bundan sonra bizdə toy ola bilər, ancaq oğluma, qızıma... Gəlinlik geyinən çağım deyil. Rəsmi nikah önəmlidir, amma özüm boyda iki övladım var. Övladlarım böyükdür, olmaz. Sevdiyim şəxs var, o, da məni sevir. Lazım gələndə mənə bahalı hədiyyələr alır. Sevgi lazımdır, amma bu da lazımdır. Bu elə dəyər verməkdir", - müğənni qeyd edib. (Pravda.az)

05.03.2025 11:55
show 479