photo_99438005
Kəlbəcərdə həlak olan əsgərimiz evin sonbeşiyi imiş - FOTO

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyarov Riyad Məmməd oğlu Kəlbəcər rayonu ərazisində elektrik cərəyanının vurması nəticəsində həlak olub.

Qlobal.net  "Unikal"a istinadən bildirir ki, R.Əliyarov Xaçmaz rayonunun Xudat şəhərindəndir. Vəfat edən əsgərimizin özündən böyük iki qardaşı var. O, evin sonbeşiyi imiş.

R.Əliyarovun valideynləri Xudatda zəhmətkeş insanlar kimi tanınırlar.

Qeyd edək ki, Riyad Əliyarov sabah Xudat şəhərində torpağa tapşırılacaq

.

14.06.2022 11:32
177