Kefir probiotiklərlə zəngin fermentləşdirilmiş süd məhsuludur. Bağırsaq
sağlamlığını və immun sistemini gücləndirir.
Qlobal.net bildirir ki, müasir elmi araşdırmalar onun həzmə və ümumi sağlamlığa müsbət
təsirini sübut edib. Vitamin, mineral və zülallarla zəngin olan kefir, sağlam həyat
tərzi üçün təbii və faydalı seçimdir.
Kefir, Qafqaz mənşəli fermentləşdirilmiş süd içkisidir. Xüsusi maya və
bakteriyalarla fermentasiya edilərək probiyotik xüsusiyyətlər qazanır, bağırsaq
florasını tarazlaşdırır və immuniteti gücləndirir.
Yüksək qida dəyərinə malikdir, protein, kalsium, maqnezium, B12 və B2
vitaminləri ilə zəngindir. Aşağı laktoza tərkibi sayəsində dözümsüzlüyü olanlar
üçün uyğundur. Müntəzəm istehlakı həzm və ümumi sağlamlığa müsbət təsir göstərir.
Kefir probiotik tərkibi ilə bağırsaq florasını tarazlaşdırır, həzmi
yaxşılaşdırır və qaz, şişkinlik, qəbizlik kimi problemləri aradan qaldırır.
Kefir, yüksək kalsium tərkibi sayəsində sümükləri gücləndirir və
osteoporozun qarşısını alır.
Kefir, fermentasiya zamanı laktozanın parçalanması və laktaza fermentinin
artırılması sayəsində laktoza dözümsüzlüyü olanlar üçün daha asan həzm olunur.
Kefir probiotikləri və bioaktiv maddələri sayəsində xroniki iltihabı
azaldır və iltihabla bağlı xəstəliklərin riskini aşağı sala bilər.
Kefir probiotik və antioksidan xüsusiyyətləri sayəsində sızanaq, ekzema
kimi dəri problemlərini azalda, dərinin elastikliyini artıraraq qocalma
prosesini yavaşlada bilər. Hətta bəzi dəriyə qulluq məhsullarında da istifadə
edilir.
Kefir, probiyotikləri və bioaktiv peptidləri sayəsində xolesterini
balanslaşdırır, qan təzyiqini tənzimləyir və ürək xəstəlikləri riskini azalda
bilər.
Kefir, yüksək protein tərkibi ilə toxluq hissini artırır, həzmə müsbət təsir
edərək maddələr mübadiləsini sürətləndirir və çəki nəzarətinə kömək edə bilər.
Səbinə
Qlobal.net