654bbb9b68912202311234723
Keçmiş sevgilisini və qızını öldürdü, sonra isə... - DƏHŞƏTLİ CİNAYƏT

İstanbulun Bağcılar rayonunda 42 yaşlı Barbaros Tüzün ondan ayrılan keçmiş sevgilisi Filiz Çilingir və onu xilas etməyə çalışan qızı Selin Akçayı güllələyərək öldürüb.  

Qlobal.net lent.az-a istinadən bildirir ki, o, Çilingirin böyük qızına "ananı və qardaşını öldürdüm, get pilləkənlərə çıxar" mesajı göndərdikdən sonra başına atəş açaraq intihar edib.  

Bağcılar rayonunun Bağlar məhəlləsində həyat yoldaşından ayrılan Filiz Çilingir iki qızı ilə yaşamağa başlayıb.  

Bir müddət sonra Barbaros Tüzün ilə aralarında münasibət qurulub. Qısa bir münasibətdən sonra ikisi arasında problemlər başlayıb. Baş verənlərdən sonra Çilingir getmək istəyib. Şəhərdən kənarda olan Tüzün vəziyyəti qəbul edə bilməyib Çilingirin yaşadığı binaya gəlib.

 

Bir müddət gözlədikdən sonra mənzilin zəngini çalan Tüzün üçün Filiz Çilingər qapını açıb. Qapı açıldıqdan sonra Tüzün silahını çıxararaq Çilingirə bir neçə dəfə atəş açıb. Çilingirin həmin an evdə olan 14 yaşlı qızı Selin Akçay anasını qorumaq istəyərkən güllə hədəfinə çevrilib. 

Tüzün evə girərək qapını bağlayıb. Silah səslərini eşidən bina sakinləri dərhal polisə və sağlamlıq qruplarına məlumat verib. Hadisə yerinə gələn tibb qrupları mənzildə tapılan ana və qızın öldüyünü müəyyən ediblər.

 

Polis qrupları bağlı qapı arxasında evdə olan silahlı təcavüzkarı razı salmağa çalışıb. Bir müddət sonra evdən tək güllə səsi eşidilib. Qapını qırıb açan polislər Barbaros Tüzün başına bir güllə ataraq intihar etdiyini müəyyən ediblər. 

08.11.2023 20:46
show 3753