Keçmiş həyat yoldaşı Aysel Şükürü bıçaqlamaq istədi - FOTO
Bloger Aysel Şükürova keçmiş həyat yoldaşı Elşən Əsgərlinin onu bıçaqlamaq istədiyini deyib.
Qlobal.net xəbər verir ki, bloger bu barədə özü məlumat
yayıb. Aysel bildirib ki, dostlarından biri araya girməsəydi hazırda
həyatda olmayacaqdı: "Dünən yanımda olan bütün dostlarıma təşəkkür edirəm. Elşən
Əsgərli məni bıçaqlamaq istəyirdi. Dostlarım araya girdi. Bıçaq
dostlarımdan birinin əlinə və ayağına girdi. Mən ondan sübut istədim.
Heç nəyi sübut edə bilmədi. Oğlumun, anamın yanında evimin qabağında
ağzına gələni danışdı. Daha sonra məni sakit danışmaq adı ilə görüşə
çağırdı. Getdim. Elə danışan yerdə mənə bıçaq çəkdi. Bunların hamısını
videoya çəkmişəm. Məni bıçaqlamaq istəyəndə bıçaq dostumun əlinə,
ayağına girdi. Sonra polislər gəldi. Polislərimizə təşəkkür edirəm".
Keçmiş cütlük aliment səbəbilə problem yaşayıb. Bloger hadisə
zamanı ağır travma aldığı üçün hazırda xəstəxanaya yerləşdirildiyini
deyib.