64a798b6d343d202307234646
Keçmiş gəlininin Mətanət İsgəndərli ilə bağlı paylaşımı tənqid edildi - FOTO

Əməkdar artist Mətanət İsgəndərlinin qalmaqal yaşadığı keçmiş gəlini Canana paylaşımı ilə müzakirələrə səbəb olub.

Qlobal.net axşam.az-a istinadən bildirir ki, Canana instaqram səhifəsində müğənninin fotosunu paylaşaraq "Gözəl qayınanamla" sözlərini yazıb.

Onun bu paylaşımını sosial şəbəkə izləyiciləri tənqid ediblər. Bəziləri onun keçmiş həyat yoldaşı Kərimin xanımına hörmətsizlik etdiyini yazıblar. Bəziləri isə Canananın boşandığı üçün peşman olduğunu vurğulayıb.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana qalmaqallı şəkildə boşanıb. Məhkəmə cütlüyün 3 övladını anadan alaraq ataya verib. Apellyasiya məhkəməsinə müraciət edən Canana övladlarının qəyyumluğunu alıb. Amma uşaqlar ana ilə yox, hazırda M.İsgəndərli ilə yaşayır. Canana açıqlamasında onun ailəsini M.İsgəndərlinin dağıtdığını iddia etmişdi. Kərim hazırda ikinci dəfə ailə qurub.

07.07.2023 08:46
show 465