Müğənni İlahə İbadova qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.
Qlobal.net-in lent.az-a istinadən xəbərinə görə, o, 14 yaşlı qızının öz doğma atası ilə görüşə bilmədiyini deyib.
“2 il ailəli olduq, sonra münasibətlər alınmadı ayrılqıq. Keçmiş ərim ikinci dəfə evləndi. Amma xanımı qızımın öz atası ilə görüşməsinə imkan vermir. Uşaq atasını görmədən böyüyüb”, - müğənni qeyd edib.
“Atası arayıb axtarmır. Sonuncu dəfə uşağını 2 yaşında görüb. 12 ildə 1 dəfə o adam övladı ilə maraqlanmayıb. Zəng etsək, telefonu da açmaz yəqin ki. Ümumiyyətlə, “əhlikef” adam idi, ona uşaq maraqlı deyil”- o bildirib.