6530c5bce213b202310235924
Keçmiş arvadım gəzir, içir - Məşhur azərbaycanlıdan etiraf - FOTO

Kiyev "Dinamo"sunun və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi Aleksandr Əliyev karyerasını niyə erkən bitirdiyini açıqlayıb.

Qlobal.net sportinfo.az-a istinadla xəbər verir ki, əslən azərbaycanlı olan keçmiş futbolçu keçmiş həyat yoldaşına görə futbolu tərk etdiyini etiraf edib.

Əliyev bildirib ki, onun, eləcə də digər məşhur futbolçu Roman Maksimyukun karyerasını məhz o öldürüb.

"Mən niyə karyeramı bu qədər tez bitirdim? Məncə, siz yaxşı bilirsiniz ki, bu karyeranı kimin sayəsində bitirmişəm.

Bu keçmiş həyat yoldaşıma görə oldu, görürsünüz, həm uşaqlardan, həm də məndən hər şeyi alıb. İndi isə o, gəzib-dolaşır və sadəcə içir.

19.10.2023 09:53
show 1494