800-cü illər idi, bu günə qədər Efiopiya adını verdiyimiz Habeşistanın Kaffa şəhərinin yüksək dağlarında keçilərini otarırmış bir çobanın bir gün diqqətini maraqlı bir şey çəkdi.
Yüksək dağlara qalxarkən yorulan keçilər, bir ağacın qırmızı kiçik meyvələrini yeyəndə canlanır, yerində duramır, hətta yuxusuz qalırdılar.
Çoban öz-özünə "nəyə görə?" deyə soruşdu, sonra "bu meyvədən olmalı" dedi.
O meyvələrdən özü də yedi. Qısa müddətdə gücləndiyini, daha enerji dolu olduğunu hiss etdi. Bəli, o meyvə qəhvə idi.
Qəhvə adı da tapıldığı şəhərin adı "Kaffa"dan irəli gəlir. Adı qısa müddətdə bölgəyə yayıldı. Xüsusilə Ərəb Yarımadasında böyük bir tutkuya çevrildi. Ərəblər buna "Qahva" dedilər, bu xoşbəxtlik hormonuna yaxşı təsir edirdi. İngilislər isə "Coffee" dedilər. Adı Yəməndən Osmanlıya, Osmanlıdan Avropaya, oradan da Amerikaya yayıldı. Osmanlı sarayında xüsusi "Kahvecibaşı" çalışırdı. Adamın tək işi padşaha qəhvə hazırlamaq idi.
Qəhvə Türkiyəyə də daxil oldu:
"Kahvə Yəməndən gəlir, suyu çəməndən gəlir".
Qəhvəni Afrikadan Ərəb Yarımadasına gətirənlər müsəlman dərvişlər idi. Amerikaya və Uzaq Şərqə gətirənlər isə Xristian keşişlər oldu. Dərvişlər qəhvəni sadə bir şəkildə içirdilər, tozunu isti su ilə qaynatdılar. Türk qəhvəsi də elə bu cür hazırlanırdı.
Keşişlər isə qəhvənin fərqli növlərini tapdılar. Məsələn, "Cappuccino" adı, keşişlərin geydikləri "kapşonlu" paltarlardan irəli gəlirdi.
Qovrulmuş qəhvədən hazırlanan qəhvəyə isə "Espresso" dedilər. Bəziləri "Ekspresso" desə də, orijinalı "Espresso"dur.
İspan dilində bu, "presləmək" və "isti" mənasını verir. Süt üzərinə espresso əlavə edildikdə ortaya "Macchiato" çıxır.
"Macchiato" İtalyanca "ləpə" deməkdir. Yəni südün üzərində qəhvə ləpələri. "Espresso" üzərinə isti su əlavə edildikdə isə "Cafe Americano" olur. "Espresso" süd və kakao qarışımına isə "Mocha" deyiblər. Bu ad isə Yəməndəki "El Mocha" limanından irəli gəlir. (milli.az)