25.03.2021
00:41
1804

Kasıblara meyvə paylayan azərbaycanlı GÖRÜN KİM İMİŞ - FOTO

Loading...
Rusiyanın "Komsomolskaya pravda" qəzeti pandemiya zamanı yerli sakinlərə, imkansız ailələrə yardım göstərən, öz xeyirxah əməlləri ilə Buryatiya Respublikasında məşhurlaşan azərbaycanlı sahibkar 29 yaşlı Xalid Heydərovdan yazıb.

Virtualaz xəbər verir ki, azərbaycanlı biznesmen uzun illərdir ki, Burlatiya Respubliksında yaşayır, meyvə-tərəvəz alveri ilə məşğul olur.

İçərisində alma, armud, banan, mandarin olan bağlamanı qəbul edən yaşlı qadın göz yaşlarını saxlaya bilmir və "sənə sonsuz təşəkkür edirəm, xeyirxah adam, heç özüm evimə bu qədər meyvə almıram" deyə dua edir.

Pandemiya zamanı mütləq təzə meyvələr qəbul etmək lazımdır. Lakin yaşlı adamların pula qənaət etməsi və karantin zamanı mağazaya gedib-gəlməsi çətinlik yaradır. Məhz belə insanlara pandemiyadan əvvəl şəxsi mağazası olan iş adamı Xalid Heydərov kömək əlini uzadırdı. Artıq pandemiya bitib. Bəs görəsən pandemiya dövrü sosial şəbəkələrin qəhərəmanına çevrilən azərbaycanlı biznesmen hazırda necə yaşayır?

Azərbaycanlı biznesmen deyir ki, xeyirxah iş görən, kiməsə yaxşlıq edən, onu sevindirən insan mütləq bunun qarşılığını alır: "Çox xoşbəxtəm. Məni medalla təltif ediblər. Dostlar, heç zaman kənarda qalmayın, bədbəxtlik hamının qapısını döyə bilər".

X.Heydarov Burlatiya hökuməti tərəfindən medalla təltif olunduğunu, buna görə fəxr etdiyini, qürur duyduğunu deyir.

O, insanlara necə kömək etməsi barədə bunları danışıb: "Pandemiya zamanı həkimlərin iş rejimi ilə bağlı xəbərləri izləyirdim. Onlar gecə-gündüz işləyirdilər, rəsmən xəstəxanada yaşayırdılar. Bu, məni çox təsirləndirdi. Onlara dəstək olmaq qərarına gəldim. Mağazadakı meyvələrdən paketlərə yığıb, öz maşınıma yüklədim, birbaş yoluxucu xəstəxananın qarşısına gəldim. Həkimlər məni minnətdarlıqla, gülərüzlə qarşıladılar".

Pensionerlərə, karantində olan yaşlı insanlara yardım göstərən X.Heydərova getdikcə çoxuşaqlı və aztəminatlı ailələr də müraciət edib. Gənc sahibkar kimsəni əliboş qaytarmayıb və getdikcə xeyirxahlığı ilə daha da məşhurlaşıb. Onun həyatında çox şey yaxşılığa doğru dəyişib.

"Mayda Rusiya vətəndaş pasportu aldım. Bura on ildir ki, Azərbaycandan gəlmişəm. Bu şəhərin sakinləri məni yaxşı qarşıladılar, onlara köməkilik etməyə bilməzdim. Budur, artıq bu ölkənin vətəndaşı sayılıram"- gənc biznesmen deyib.

X.Heydərovun dediklərindən belə məlum olub ki, sərt karantin dövründə meyvə-tərəvəzlə təmin etdiyi sakinlərin hamısı artıq onun daimi müştərilərinə çevriliblər. Xalid özü isə pandemiyadan öncəki xəyallarını gerçəkləşdirib - şəhərin mərkəzində kiçik restoran açıb. Artıq daimi ziyarətçiləri də var.



Loading...