Məşhur qazaxıstanlı voleybolçu Kristina Karapetyan Azərbaycana gəlib.
Qlobal.net Milli.az-a istinadən xəbər verir ki, o bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.
İnstaqram hesabında Bakı bulvarından video paylaşan Kristina tədbirlərdən birində iştirak etmək üçün Bakıya gəldiyini bildirib. O, soyadına görə Bakıda problem yaşamadığını bildirib.
Qeyd edək ki, idmançı 2014-cü ildə məşqçi Dmitri Karapetyanla ailə həyatı qurub və bir neçə ildən sonra ondan boşanıb.