Kapital bank insanları necə aldadır? - İqtisadçı yazır
Son zamanlar Kapital bankdan şikayətlər artır.
Qlobal.net bildirir ki, bu dəfə isə bankdan narazı olan iqtisadçı-ekspert Samir Əliyevdir.
Samir Əliyev sözügedən bankın öz səhvini müştərinin boynuna atdığını bildirib:
"Deməli, təxminən 1 ilə yaxındır ki, Kapital Bankın Birbank kredit kartından istifadə edirəm. ASAN xidmətdə təklif edildi və mən də hər ehtimala qarşı onu götürdüm. Vəziyyət elə gətirdi ki, hər ehtimala qarşı götürdüyüm kartı aktiv işlətməyə başladım. Sözüm onda deyil. kartın üzərində CASHBACK yazıldığından tətbiqdə nə qədər vəsait yığıldığını axtarmağa başladım. Məlum oldu ki, heç nə yığılmayıb. Bankda əlaqə saxladığımdan məlum oldu ki, kateqoriyanı seçməmişəm. Zəng vurduğum əməkdaşa izahetməyə çalışdım ki, bu kartı mənə verəndə nə cashback barədə məlumat verilib, nə də kateqoriyanın seçilməsinin vacibliyi barədə. Üstəgəl bildirdim ki, kateqoriya seçimi funksiyası bəlkə də son 1 ildə tətbiq edilməyə başlanıb. Buna qədər seçim yox idi. Ona görə müştəriyə detallı məlumat verilməli idi. Amma faydası olmalı. Öz səhvlərini həmişə kimi müştərinin boynuna atmağı çıxış yolu kimi olaraq seçdilər. Təəssüf ki, bank sektorunda istehlakçıların hüquqları kütləvi şəkildə pozulur. İnsanların maliyyə savadsızlığından istifadə edilərək onlar aldadılır. İstehlakçılara natamam məlumat verməkə işlərini bitmiş hesab edirlər. Halbuki ki məlumatın tam verilməməsi də birbaşa qanun pozuntusudur. Təəssüf ki, ölkənin 2-ci ən böyük bankı olan Kapital Bank bu yolla əlavə qazanc əldə etməyə çalışır".
Murad
Qlobal.net