photo_32382105
Kanada millisi son 16 ildə ilk dəfə Olimpiadanı medalsız tərk etdi

Xokkey üzrə Kanada milli komandası 2022-ci il Olimpiadasının 1/4 finalında İsveçə uduzub (0:2).

Bununla da, şimali amerikalılar 2006-cı ildən bəri ilk dəfə turniri medalsız tərk ediblər.

Qeyd edək ki, Kanada xokkeyçiləri 2010 və 2014-cü illərdə Olimpiya qızılına sahib olublar.

2018-ci ildə Pxenyanda keçirilən turnirdə isə komanda bürünc medal qazanıb.

Mənbə: sports.ru

16.02.2022 23:52
256