65f2d0023dd3c202403242258

Kamran Həsənli aparıcıları yıxıb-sürüdü: “İnsanlar televiziyaya nifrət edirlər” - VİDEO

"Bizim televiziyamızın formatı birbaşa silinməlidir və yeni konsept ortalığa qoyulmalıdır. Bəlkə də dünyada yeganə xalqıq ki, açıq deyirik ki, biz televiziyaya baxmırıq. Gedin küçədə sorğu aparın, insanlar şikayət edəcəklər. 

Xalqımızın məmurlardan sonra ən böyük şikayəti televiziyadandır". 

Qlobal.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı Kamran Həsəni qonaq olduğu "Sabaha saxlamayaraq" ictimai-sosial verilişində deyib. 

K.Həsəni çıxışında televiziya rəhbərlərini, aparıcılarını sərt şəkildə tənqid edib. 

Kamran bildirib ki, insanlar televiziyaya nifrət edirlər:  "İstənilən şəxs televiziyaya rəhbər təyin olunandan sonra olur məmur. Telefonlar söndürülür... Bu şəxs vəzifəyə keçməzdən əvvəl insanların xoşuna gəlmək istəyirdi, yaxşı rəqs edirdi, gözəl veriliş aparırdı. O axşam çıxıb insanlarla ünsiyyət yaratmaqdansa, onların fikirlərini öyrənməkdənsə, qapıları bağlayır və telefonlara cavab vermir. Kanalın verilişlərinə sponsor axtarmağa başlayır. Kimin sponsoru varsa, onu gətirir verilişin başına...  Sonda nə baş verir... Azərbaycan teelviziyası elə  bir haldadır ki,... Turistlər gəlirlər Bakıya. Gözəl hotellərdə qalıb şəhərimizin gözəl mənzərəsinə baxırlar. Bunlardan sonra həmin oteldə ölkəmizin televiziya kanallarını açıb nənələrin ərə getmələrini, ərlərinin arvadlarından şikayət etmələrini və s. məsələləri görsələr, onlar elə biləcəklər ki, biz bu, haldayıq. Efirlərimizdə aparıcılar ləhçə ilə danışırlar və ç əvəzinə "ts" tələffüz edirlər. İnsanlar televiziyaya nifrət edirlər". 



14.03.2024 14:34
show 3160