Özünü buraxmış separatçı rejimin "müdafiə naziri", general-mayor ali hərbi-rütbəsinə malik Kamo Vardanyan "Laçın" sərhəd-keçid məntəqəsində həbs edilib.
Qlobal.net yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
Qəzet yazır ki, "müdafiə naziri" ötən gün separatçı "liderlər"lə birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun ötən gecə Bakıya gətirildiyi bildirilir.
Xatırladaq ki, K.Vardanyan 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük savaşın araşdırılması istiqamətində həbs olunan sabiq separaçtı "müdafiə naziri" Cəlal Arutyunyanın yerinə təyin olunmuşdu. Bu "vəzifə"yə qədər K.Vardanyan 2012-ci ildən qondarma "DQR" "madafiə ordusu"nun "baş qərargah" rəisi "post"unu tutmuşdu.