Xəbər verdiyimiz kimi, fitnes məşqçi Kamil Zeynallı "Domodedovo" hava limanında saxlanılıb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, sosial şəbəkədə Kamilin Moskvada polis bölməsində olan daha bir videosu yayılıb.
Həmin görüntülərdə Zeynallı dəmir barmaqlılar arasında çemodanını bağladığı kadrları əks olunub.
Qeyd edək ki, Kamil Zeynallı saxlanılması xəbərini sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə deyib.
O "Ermənistan məni beynəlxalq axtarışa veribmiş. May ayının 5-dən
axtarılırmışam. Buna baxmayaraq, mən 3 dəfə Rusiyaya gəlib-getmişəm.
İndi deyirlər, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib
aparacaqlar. Sabah məni məhkəməyə çıxaracaqlar. Ümid edirəm ki, dövlət
qurumlarımız mənə dəstək olarlar, qoymazlar ki, məni onlara təhvil
versinlər. İndi bölmədəyəm. Gözləyirəm. İnşallah yaxşı olar"sözlərini
dilə gətirib.