65d57b593f1fa202402242601
Kamil Zeynallı azadlığa buraxıldı - VİDEO (YENİLƏNİB)

Rusiyada ermənilərin tələbi ilə saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.

Bu iddia ilə idmançının Almaniyada yaşayan dostu Rasim məlumat yayıb.

"Kamil Zeynallı Azərbaycan hökumətinin köməyi ilə indilərdə azadlığa çıxdı", - o qeyd edilib.

Hələ ki məsələ ilə bağlı rəsmi açıqlama yoxdur. İddianı dəqiqləşdirməyə çalışırıq.

Məşqçinin vəkili məlumatı ictimayyətə təsdiqləyib. Həmçinin bildirilib ki, Kamil Zeynallı bu axşam Bakıya qayıdacaq.

***

Tanınmış idmançı Kamil Zeynallı Rusiyada saxlanılıb.

Bu barədə idmançı özünün “Instagram” hesabında məlumat verib.

O, video müraciət edərək dövlət qurumlarından yardım istəyib.

Kamil Zeynallı Ermənistan tərəfindən beynəlxalq axtarışa verildiyini və onların tələbi ilə saxlanıldığını bildirib: May ayından məni axtarışa veriblər”.

İdmançı Rusiya tərəfindən Ermənistana təhvil veriləcəyini deyib.

Həmin görüntüləri təqdim edirik:

21.02.2024 15:30
show 519