photo_39438517
Kamal Abdullanın oğluna YÜKSƏK VƏZİFƏ verildi - FOTO

Ədliyyə Nazirliyi yanında Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini təyin olunub.

Qlobal.net xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə bu vəzifəyə Mehdi Kamal oğlu Abdullayev təyinat alıb.

M.Abdullayev bu ilin aprel ayından Ədliyyə Nazirliyində çalışmağa başlayıb. O bir neçə il əvvəl də Ədliyyə Nazirliyində aparıcı mütəxəssis, İstintaq İdarəsində müstəntiq işləyib.

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın oğludur.

M.Abdullayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin müşaviri vəzifəsində çalışıb.


20.08.2022 11:11
show 190