Kafedə işlədiyinə görə qadını qınayan aparıcını biabır etdilər: "Sən niyə kişilərlə işləyirsən?"
Xəbər verdiyimiz kimi, Real TV-də çörəyin qiymətinin qalxmasıyla bağlı
sujetin başlığı sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.
“Çörəyin qiyməti xərcinə uyğunlaşdırıldı” başlığı tənqidlərə səbəb olub.
Bu xəbərin ardından televiziyanın efirində jurnalist Ülviyyə
Hüseynovanın aparıcılığı ilə yayımlanan “Problem” verilişi barədə də
mənfi rəylər yaranıb.
Aparıcı sözügedən verilişdə 3 uşağını atıb
kafedə işləyən 33 yaşlı qadının axtarışına çıxıb. Daha sonra qadının 3
uşağı atması, kafedə işləməsi barədə fikirlərinə görə jurnalist hədəfə
çevrilib. İzləyicilər aparıcını təhqir ediblər.
Adıçəkilən qadın
ərinin içdiyini, ona qeyri-ənənəvi yolla təcavüz etdiyini bildirib.
Aparıcı is öz növbəsində 3 uşağının xətirinə qadının kafedə işləməkdənsə
buna dözməli olduğunu vurğulayıb. İzləyicilər kafedə işləməyi qüsur
kimi görən aparıcını ciddi tənqid ediblər. İzləyicilər hətta jurnalisti
“vicdansız” adlandırıb, qınadığı “yad kişilərlə işlədiyini” elə
aparıcının özünə xatırladıblar: “Bəs sən kişilərdən niyə müsahibə
götürürsən?!”