651bed018808f202310232921
Jurnalistdən Vilayət Eyvazova Xalq artisti ilə bağlı ŞİKAYƏT: "Könül Xasıyeva 40 min manat vermədiyim üçün..." - VİDEO

"Könül Xasıyeva mənə şər və böhtan atır". 

Qlobal.net xəbər verir ki, bunu tanınmış jurnalist Pərviz Hüseyn Xalq artisti Könül Xasıyeva ilə bağlı Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyevə müraciətində deyib. 

Jurnalist iddia edir ki, haqqında dəlillər və əsaslı sübutlar olmadan 221.3-cü maddə ilə cinayət işi açılıb: "İndiyədək heç kəsə qarşı haqsızlıq etməmişəm, təhqir və ya fiziki zorakılıq etməmişəm. Könül Xasıyevanın oğlu Kazıma çantayla vurub xəsarət yetirməyim şər və böhtandır! İstintaq zamanı nə uşaq, nə də hadisə zamanı orada olan adamlarla üzləşdirilmişəm. Məhkəməni görən, panik atakım tutan zaman mənə su verən, havaya çıxaran şəxslərin ifadəsi alınmayıb. Əlimdəki səs yazısı sübut kimi qiymətləndirilməyib. Mənim günahsız olduğum ortaya çıxmasın deyə Könül Xasıyeva müxtəlif yollarla istintaqa təzyiq edir. Öz fəxri adından və statusundan istifadə edərək gələcəyi hələ irəlidə olan bir gəncdən pul tələb edir ki, şikayətindən əl çəksin. Xahiş edirəm, məsələnin obyektiv araşdırılması üçün mənə yardım edəsiniz!", - P. Hüseyn qeyd edib. (sfera.az)



03.10.2023 14:28
21350