Jurnalist Zülfiyyə Əbülfərz müğənni Rəqsanə İsmayılova ilə bağlı şok iddia irəli sürüb.
Qlobal.net bizim.media-ya istinadən bildirir ki, Zülfiyyə
Rəqsanənin hazırda məhbus həyatı yaşayan qalmaqallı prodüser Təranə
Səmədovaya narkotik həblər verdiyini deyib.
Sözügedən səs-küylü məsələ "Səni axtarıram" ictimai-sosial verilişinin canlı efirində baş verib.
Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı Z. Əbülfərzin yazdığı mesajı səsləndirib: "Təranə həbsxanadan mənə də zəng vurmuşdu. O iddia edirdi ki, Rəqsanə
onu aldadıb, narkotik həblər verib. Sonrada Narkoloji Dispanserə zəng
vurub, onu ora salıb. Bu iddiaların nə dərəcə doğru olub-olmadığını deyə
bilmirəm. Xahiş edirəm Rəqsanə xanım bu iddiaları cavablandırsın".
Müğənni jurnalistin bu iddialarının əsassız olduğunu bildirib: "Təranəyə istintaqla bağlı hüquq mühafizə orqanları tərəfindən axtarış
verilmişdi. Axtarışdan sonra onu evdən gəlib apara bilmədilər. Çünki
Təranə polislərlə dava etmişdi. Gecə saatlarında onun Səbinə adında
yaxın bir rəfiqəsi mənə zəng vurdu. O zaman isə mən Moskvada idim. Bütün
mesajları əlimdədir.
Yazır ki, təcili olaraq telefona cavab
verin. Soruşdum ki, nə ilə bağlıdır. Cavab verdi ki, Təranə Səmədova ilə
bağlıdır. Həmin an düşündüm ki, Təranəni həbs ediblər, qız övladları
(Suel və Adel -red.) ortada qaldı. Videozəng elədim, gördüm ki,
Təranənin böyük qızı Suelin başı partlayıb, şişib, göyərib. Təranənin
digər körpə qızı Adel Suelin qucağında qalıb. Uşaqları isə Səbinə xanım
evinə gətirmişdi.
Səbinə xanım söylədi ki, "Təranənin
vəziyyəti çox pisdir, təcili onu xəstəxanaya yerləşdirmək lazımdır".
Dedim ki, "mən Moskvada, siz Bakıda bunu etmək olmayacaq". Cavab verdi
ki, "sizdən çox xahiş edirəm, başqa yolumuz yoxdur". O zaman isə Təranə
özündə-sözündə deyildi. Özləri Təranəyə dərman verib, yatızdırırlar.
Sonra Narkoloji Dispanserə yerləşdirirlər ki, heç olmasa Təranə bir
həftə orada qalsın, özünə gəlsin. Vəziyyəti düzələndən sonra hüquq
mühafizə orqanları onu oradan gəlib aparır. Burada mənim nə günahım
var?".
Rəqsanə bildirib ki, Təranə Səmədovanı özünə düşmən
saymır. Onun tək istəyi produserin iki qızının gələcək taleyinin həll
olunmasıdır: "Təranə həbsxanaya və Narkoloji Dispanserə
gedəndə mən onun yanında olmamışam. Təranənin yaxınları mənə zəng vurub,
xahiş ediblər ki, ona kömək edim. Bəs Təranə ölməli idi evində? Suelin
telefonunda anasının hansı halda olduğu ilə bağlı videoları da var. O
videolara Xoşqədəm özü də baxıb. 44 yaşım var, hamıda bilir ki, mən nə
siqaret, nə də ki içiki içirəm. Təranə narkotikə çoxdan qurşanıb. Guya
siz bunları bilmirsiniz?
Mənə Təranə maraqlı deyil. Onun qız
övladlarının gələcək taleyi maraqlıdır. Bu gün isə bu verilişə Təranənin
böyük qızı Suel kömək üçün müraciət edib. İstəyirsiniz o qızları
dövlətin himayəsinə verin, nə istəyirsiniz edin. Sadəcə istəyim bu
uşaqların gələcəyidir. Onlara kömək etmək lazımdır. Bu qədər.
Yadınızda saxlayın ki, Təranə Səmədova heç zaman mənim düşmənim ola
bilməz. Mənim bir düşməni var o da ki, ermənidir. Mənim millətimdən mənə
düşmən olmaz. Təranə qadındır. Təranənin arxasında yaxşı ata-ana,
qardaş və ər olsaydı Təranə bu gün o yola düşməzdi. Təranə illər əvvəl
10 ilə yaxın yanımda işləyib. Allah şahiddir, bir dəfə də görmədim ki, o
nə siqaret, nə də ki narkotik çəksin. Eşidəndə ki, o narkotik qəbul
edir, inanmadım və dəhşətə gəldim.
Məndən sonra o nələrsə edibsə o
onun öz səhvidir. Deyirlər ki, "yetimə can-can deyən çox olar, çörək
verən az". Hələ mən görmədim ki, kimsə bir dənə konfet alıb Təranənin
qızlarının yanına gəlsin. Yalandan çıxıb deyirdilər ki, biz onun
qızlarına kömək edirik. Onun evini təmir etmək istəyirdim ki, qızları 18
yaşına çatanda o ev onlara qalsın.
Sonuncu dəfə Təranə Suelə
telefonda dedi ki, sən məndən ev istəyirsən, sənin evin var. Nə ev? Mən
qadınları vurmağı sevmirəm. Təranə ilə heç bir düşmənçiliyim ola
bilməz. Bu mümkün deyil. Vicdanım da, qəlbim də təmizdir. Hamı da görür
ki, mən Təranənin övladlarını öz övladlarımdan seçmirəm. Təranənin mənə
nəyi qala bilər ki, burada səmimiyyətsizlik edim?!
Verilişin
gedişatında İsmayılova bildirib ki, Təranə böyük qızı Suelə atasının
(nağara ifaçısı Abbas Səfərov - red.) atalıq vəkalətini verməsinə
razılaşmayıb: "Təranəyə söylədim ki, imkan ver böyük qızın
Suelə atalığı yiyə dursun və ona atalığını versin. Aliment məsələləri
var. Amma Təranə buna razı olmadı. Təranənin iki otaqlı evi var. Oradan 8
kamaz dolu zibil çıxartdım. Həmin görüntülər əlimdədir. Onların
qonşuları ağladılar ki, sən nə yaxşı Təranəyə köməklik edirsən. Yoxsa bu
uşaqlar ortada qalıb, bədbəxt olacaqlar. Təranənin qohumları olsa da,
ona yaxın durmurlar. Çünki, Təranədən qorxurlar".
Qeyd edək
ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə
tələb etmə) maddəsi ilə ittiham olunaraq, həbs olunub.
Təranə
Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il müddətinə
azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış
prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün
saxlanılmışdı.
Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə
alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə
olunaraq sərbəst buraxılmışdı. Onun iki qızı Suel və Adel Azərbaycan
Uşaqlar Birliyinin nəzlində fəaliyyət göstərən müəssisədə qalır.