E. Fətullayev bununla bağlı səs yazısını sosial şəbəkə hesabında ictimailəşdirib.
“Əvəz Zeynallı şantaj və hədə-qorxu yolu ilə uzun müddət ərzində “Baku Steel Company” şirkətinin keçmiş rəhbəri, biznesmen Rasim Məmmədovu “tənqidlə” təhdid edərək, iş adamının yaxınlarından 20 min manat pul alıb, sonra şərti pozub, 7 sentyabr tarixli verilişində Rasim Məmmədovu “metallurgiya sənayesinin qatili” adlandırıb. Sövdələşmənin pozulmasına etiraz etmiş iş adamının yaxınları pulu geri tələb edib”, – paylaşımda qeyd olunub.
Əvəz Zeynallının səs yazısını təqdim edirik: