aynur

“İzzət dedi ki, Aynur, gəl, səni qaçırım” - VİDEO

"Sumqayıtdan konsertdən gəlirdik. İzzət Bağırov "20 Yanvar"da dedi ki, Aynur, gəl səni qaçırım. Ona dedim ki, İzzət anandan qorxuram".

Qlobal.net olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova qonaq olduğu "Bir gün" verilişində deyib.

Aynur bildirib ki, illər əvvəl həmkarı İzzət Bağırov onunla evlənmək istəyib:

"Niyə hər zaman insan düşünür ki, əgər həmkarınla bir səhnəni bölüşürsənsə, deməli aralarında nələrsə var. Uşaqlıqdan hamı İzzətlə məni sevgili bildi, indi isə Niyam Salami ilə. O zamanlar qızlar İzzəti dəhşət dərəcədə sevirdilər. Gəlirdilər onu görməyə, İzzət də lovğana-lovğana çıxırdı qabaqlarına. Bu, uşaqlıq qısqanclığı idi, baxırdım, ağlayırdım".


02.12.2024 09:31
show 142