“Evimdən başqa heç bir yerdə yemək yemirəm”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni İzzət Bağırov deyib.
Sənətçi bu barədə ilk dəfə olaraq “Özəl mətbəx” verilişində danışıb: “Evimdən başqa heç vaxt heç yerdə yemək yemirəm. Bu qədər toylara gedirəm, heç nə yemirəm. Ramazan bayramları olur, azı 50 yerə iftar süfrələrinə çağırırlar. Heç bir iftar süfrəsində oturmuram. Oğlanlarım da oruc tutur, yalnız evdə oğlanlarımla iftarımı açıram”.
Müğənni bunun səbəbini açıqlamayıb.