Müğənni Lətifə Soyuöz paylaşımına tənqid yazan xanıma əsəbiləşib.
Qlobal.net xəbər verir ki, sənətçi ötəm gün bahalı brendlərdən alış-veriş etməsi görüntüsünü yayımlayıb.
İzləyicilərdən biri isə ona "Allah haqqı heç biri orijinal deyil" şərhini yazıb.
Buna əsəbiləşən Lətifə isə "Ramazan ayında Allaha yalandan and içmə. İnan ki, "Chanel", "Hermes", "Louis Vuitton"un ən çox alış-veriş edən müştəriləri siyahısındayam. Çox şükür olsun ki, kimisə, ilk növbədə özümü aldatmaq dərdim yoxdur. Hər şeyin ən yaxşısını hamıya arzu edirəm. Hekayələr paylaşıram ki, insanlar beynində manifestləsinlər ki, mən də oradan alım. Bu, mənim üçün tam deyil. Ən çox olsun" cavabını verib.(Axşam.az)