İyulun 1-dən Azərbaycanda elektrik enerjisi tariflərinin artırılacağı iddia olunur.
Qlobal.net Pravda.az-a istinadla xəbər verir ki, "Azərişıq" ASC-nin bununla bağlı Tarif Şurasına müraciət etdiyi qeyd edilir.
Tarif Şurasından isə Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Şuraya elektrik enerjisinin tariflərinin artırılması ilə əlaqədar müraciət daxil olmayıb.