İyulda bu bürclərin başına "tale quşu" qonacaq
2023-cü ilin iyul ayı ilə bəzi bürclər çox şanslı olacaq.
Onların cibləri maddi cəhətdən gülümsəyəcək, bəziləri isə romantik
münasibətlərə başlayacaqlar.Metbuat.az iyul ayının üç şanslı bürcü haqqında məlumatları təqdim edir:
Əkizlər
Əkizlər
təkcə maddi cəhətdən deyil, həyatın bir çox sahələrində şanslı
olacaqlar. İyul ayında şanslarından düzgün istifadə edib fəal olduqları
zaman şöhrətin qapıları onların üzünə geniş açılacaq. Şəxsi həyatınızda
siz iki romantik münasibət arasında qalacaqsınız. İşdə yeni danışıqlar
və axtarışlar gözlənilir. Emosiyalara qapılmasanız bu ayda çoxlu
müvəffəqiyyət qazanmaq şansınız var. Çalışın ağılla hərəkət edəsiniz.
Tərəzilər
Tərəzi
bürcləri iyul ayında səma tərəfindən qeyd-şərtsiz dəstəklənəcəklər.
Tərəzilər üçün məm maliyyə, həm də sevgi həyatında yaxşı xəbərlər qapıda
gözləyir desək yanılmarıq. Onlar sadəcə özlərini ilişib qaldıqları və
pis hiss etdikləri zaman həyatlarında şans qapılarına nəzər salmaları
kifayət edər. Səyahət üçün yaxşı vaxtdır, lakin onun asan
keçib-keçməyəcəyi məlum deyil. Sükan arxasında olarkən diqqətli olun.
Şirlər
Mənasız
söhbət və hadisələrdən uzaq durmanız məsləhətdir. Bu ayı istirahətə
sərf etsəniz uduzmazsınız. Sənədləşmə işlərində diqqətli olun, bəzi
çətinliklər yarana bilər. Tanımadığınız mühitə düşdükdə problemlər
olacaq, onların öhdəsindən ustalıqla gələcəksiniz. Qohumlarınızın sizə
ehtiyacı olacaq.