67a0aa1494c8e202502253548

İtkin şəhidin 32 il sonra məzarı tapıldı

Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib. 
Qlobal.net xəbər verir ki, 32 ildir itkin düşmüş kimi qeydiyyatda olan Cəbrayıl rayonunun Horovlu kənd sakini Müşfiq Quliyevin nəşinin Beyləqan şəhərindəki qəbiristanlıqda naməlum şəhid kimi dəfn olunduğu üzə çıxıb. 
Şəhidin qalıqlarından DNT analizi üçün götürülmüş nümunələr onun kimliyini rəsmən təsdiqləyib.(modern.az)
03.02.2025 15:40
show 61